AZ

Bu Zelenski üçün fəlakət olacaq Praud

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Prezidenti Volodimir Zelenskinin müharibəni uzatmasının və güzəştə getməkdən imtina etməsinin arxasında əsas motivin vətənpərvərlik yox, hakimiyyəti itirmək qorxusu olduğu iddia edilir.

Globalinfo.az xəbər verir ki, bunu “Strategic Culture” nəşri üçün məqalə yazan britaniyalı diplomat İan Praud bildirib.

Onun fikrincə, istənilən sülh razılaşması Zelenski üçün siyasi baxımdan son dərəcə təhlükəli olardı və faktiki olaraq onun siyasi karyerasına son qoya bilər.

Ekspert vurğulayır ki, xüsusilə Ukraynanın NATO-ya üzvlük perspektivindən imtina etməsini nəzərdə tutan razılaşma hazırkı Prezidentin reytinqini qısa müddətdə darmadağın edər.

Praudun fikrincə, Zelenskinin indiki siyasi dayaqları məhz müharibə vəziyyəti və “sonadək mübarizə” ritorikası üzərində qurulub. Bu ritorikadan geri addım atılması onun cəmiyyət daxilindəki mövqeyini ciddi şəkildə zəiflədə bilər.

Nəşr qeyd edir ki, Ukraynanın NATO-ya qoşulmaq iddialarından ən azı qismən imtina etməsini ehtiva edən sülh sazişi Zelenski üçün siyasi fəlakət deməkdir və onun yenidən seçilmək şansını demək olar ki, sıfıra endirər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
71
globalinfo.az

1Mənbələr