Çirkab sular küçəyə axıdılır... Ucar şəhərinin Dədə Qorqud küçəsində kanalizasiya xəttinin olmaması sakinləri çətin vəziyyətdə qoyub...
Xezerxeber.az-ın xəbərinə görə, sakinlər bildirirlər ki, çirkab sular adi arxlar vasitəsilə axıdıldığından kəskin qoxu yayılır. Bu səbəbdən ərazidə yaşamaq, demək olar ki, mümkünsüz hala gəlib.
Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət edilməsinə baxmayaraq, problem nəinki həll olunmur, hətta çəkilən kanalizasiya xətləri də yarımçıq qoyulub.
Məsələ ilə bağlı əvvəlcə Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, problemə Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi münasibət bildirməlidir. Sözügedən idarədən isə qeyd edildi ki, qurumun xidməti ərazisində kanalizasiya şəbəkəsi 20 kilometr məsafədə icra olunsa da, layihə 2013-2014-cü illərdə podratçı təşkilat tərəfindən tamamlanmayıb. Dədə Qorqud küçəsində kanalizasiya şəbəkəsi olmadığı üçün çirkab suları Ucar Su Meliorasiya Sistemlərinin İstimarı idarəsinin balasında olmayan kanala axıdılır.
Bəs problemin həlli üçün başqa hansısa tədbirlərin görülməsi nəzərdə tutulurmu?
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.