Bundesliqanın XIV turunda “Frayburq” doğma meydanda Dortmund “Borussiya”sını qəbul edib.
90deqiqe.Az-ın məlumatına görə, “Europa-Park” stadionunda baş tutan matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Hesabı 31-ci dəqiqədə Rami Bensebaini açaraq “Borussiya”nı önə çıxarıb. 53-cü dəqiqədə Cob Bellinqem qırmızı vərəqə alaraq meydandan qovulub. 75-ci dəqiqədə Lukas Höler meydan sahiblərinin bərabərlik qoluna imza atıb.
XIV turdan sonra “Frayburq” 17 xalla doqquzuncu pillədə qərarlaşıb. Dortmund təmsilçisi isə 29 xalla turnir cədvəlinin üçüncü sırasında yer alır.