Bir sual verirsən, dərhal ətraflı izah edir və uzun bir cavab verir... Nə əlavə araşdırmağa ehtiyac qalır, nə də əlavə vaxt gedir.
Xezerxeber.az xəbər verir ki, söhbət hər sahəyə sirayət edən süni intellektdən - daha dəqiq desən “ChatGPT”dən gedir.
İşimizi asanlaşdırdığı doğrudur, amma uşaqların süni intellekdən istifadəsi doğrudurmu? Hazırda məktəbli uşaqların çoxu araşdırmaq, oxumaq, fikirləşmək istəmirlər. Çünki bütün bunları “ChatGPT” edir.
Məktəblilərin etdiyi etiraflar onu göstərir ki, uşaqların evdə süni intellektdən istifadəsi nəzarətsiz qalır
Təhsil ekspertləri deyir ki, üni intellekt tədris prosesinə köməkçi vasitə kimi inteqrasiya olunmalıdır, tam əvəzləyici kimi yox...
Bir sözlə, əgər valideynlər uşaqların süni intellekdən istifadəsinə nəzarət etməsələr yeni nəsil analitik düşünmək, yaradıcı yazmaq və problemi həll etmək qabiliyyətini itirə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.