AZ

“Napoli” “Udineze”yə uduzdu

İtaliya A Seriyasının 2025/2026 mövsümünün XV turu çərçivəsində “Udineze” və “Napoli” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az xəbər verir ki, “Bluenerji” stadionunda baş tutan qarşılaşmada 1:0 hesablı qələbəni “Udineze” qazanıb.

Oyunda vurulan yeganə qolun müəllifi 73-cü dəqiqədə Yürgen Ekkelenkamp olub və bu top “Udineze”yə qələbə qazandırıb.

Qeyd edək ki, bundan əvvəl VAR-a baxıldıqdan sonra meydan sahiblərinin iki qolu ləğv edilib. Kinan Devisin 52-ci dəqiqədə, Nikolo Zanyolonun isə 69-cu dəqiqədə vurduğu qollar hesaba alınmayıb.

Bu nəticədən sonra “Udineze” 21 xalla turnir cədvəlində 10-cu pillədə qərarlaşıb. “Napoli” isə 31 xalla ikinci yerdədir.

Seçilən
77
90deqiqe.az

1Mənbələr