AZ

Masallıda göz oxşayan meşəlik zibillik poliqonuna çevrilibVİDEO

Meşəlik ərazi zibil poliqonunu xatırladır...

Xezerxeber.az xəbər verir ki, kadrlar Masallı rayonunun Kalinovka, Hüseynhacılı, Öncəqala və Yeddioymaq kəndlərinin ərazisində yerləşən meşə zolağındadır.

Sakinlər deyirlər ki, əsasən də gecə saatlarında ətrafda yaşayan sakinlər müxtəlif nəqliyyat vasitələri ilə tullantıları gətirib bura atırlar.

Onu da bildirdilər ki, əsasən yay aylarında meşə dolayı həm də gələn qonaqların və yerli sakinlərin piknik etdikləri ərazidir. Lakin yaranmış vəziyyət bunu da mümkünsüz edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən ərazi meşə təsərrüfatı mərkəzinin əməkdaşları tərəfindən təmizlənsə də, yenidən eyni vəziyyət yaranıb.

Qeyd edək ki, sözügedən meşə dolayları 70 ildir ki, salınıb və bu günə kimi də qorunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
85
xezerxeber.az

1Mənbələr