Misli Premyer Liqasının XV turu çərçivəsində daha iki qarşılaşma baş tutub.
90deqiqe.Az-ın məlumatına görə, “Kəpəz” Yevlaxda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib. Günün digər oyununda isə “Qarabağ” doğma meydanda “Araz-Naxçıvan”a 5:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şamaxı” “Zirə”ni 2:1, “Sabah” isə “Turan Tovuz”u 3:1 hesabı ilə üstələyib.
XV tura dekabrın 15-də yekun vurulacaq.