Bakı sakini mənzilinin Şuşadan olan keçmiş məcburi köçkün tərəfindən zəbt edildiyini bildirir.
Xezerxeber.az xəbər verir ki, onun iddiasına görə, ailə mənzili boşaltması üçün ondan vəsait tələb edir.
Üç övlad atası olan mənzil sahibi Xəqani Mahmudov deyir ki, illərdir özü 2 otaqlı mənzildə yaşayır. Keçmiş məcburi köçkün ailəsinin evi boşaltmalı olması ilə bağlı məhkəmə qərarı da var.
Ev sahibi Xəqani Mahmudovla birgə onun 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi ev 24-də yerləşən mənzilinə yollandıq. Qapını üzümüzə açıb, dərhal da bağlayan keçmiş məcburi köçkün ailəsinin gəlini suallarımızı cavablandırmaqdan imtina etdi.
İddialara aydın gətirməsi üçün Şuşadan olan keçmiş məcburi köçkün Anar Hüseynzadə ilə telefon əlaqəsi saxladıq.
Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə bildirldi ki, mənmzil sahibi Xəqani Mahmudov dəfələrlə komitədə olub, onun müraciətinə baxılıb. Vətəndaşın qaldığı məsələ məhkəmə müstəvisində də öz həllini tapıb, qərarın icrası məhkəmənin icraatındadır. O ki qaldı ailənin köçürülməsinə, Komitədən bildirildi ki, həftənin ilk iş günü məsələ araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.