Misli Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilən oyundan sonra "Araz-Naxçıvan"ın baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis fikirlərini jurnalistlərlə bölüşüb:
"Bizim üçün ağır oyun alındı. Həftə ərzində üzərində işlədiyimiz plan var idi. Oyunun 20-25 dəqiqəsində bunu yerinə yetirməyə çalışdıq. Səhvlərimizdən qollar buraxdıq. Ümumi götürdükdə, 2 penalti və digər səhvlər yekunda böyükhəsablı yenilginin qeydə alınmasına səbəb oldu. Fasiləyə qədər bir oyunumuz qalıb. Bu görüşü unudub, həmin matça hazırlaşmalıyıq".
Qeyd edək ki, matç "Qarabağ"ın 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.