Gecə saatlarından etibarən sulu qar, qar yağdı... Bəzi yollar buz bağladı… Avtomobillərin sürüşməsi nəticəsində zəncirvari qəzalar baş verdi… Maşınlar yolda qaldı…
Xezerxeber.az xəbər verir ki, görüntülər Bakı-Şamaxı-Yevlax magistralının Qobustan rayonundan keçən hissəsindəndir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yağıntılı hava şəraiti növbəti günlərdə də davam edəcək.
Baş Dövlət Yol Polisi İdarəsi sürücüləri diqqətli və ehtiyatlı olmağa çağırıb. Bildirilib ki, sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.