Qərb neoliberal elitaları digər xalqlara yad yanaşmalar tətbiq edir və ənənəvi dəyərləri aşındırır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Loqvinov Ər-Riyadda keçirilən Sivilizasiyalar Alyansı Qlobal Forumunda çıxış edərkən bildirib.
Loqvinov qeyd edib ki, bu təməllərin qəsdən aşınması və Qərb neoliberal elitasının digər xalqlara yad yanaşmalar tətbiq etmək cəhdləri dərin narahatlıq doğurur: "Bu gün biz sosial təşkilatlanmanın əsaslarını şübhə altına alan ideyaların tətbiq edilməsi cəhdlərinin şahidi oluruq".
Diplomat vurğulayıb ki, fərdi azadlığın məsuliyyət olmadan mütləqləşdirilməsi, obyektiv əxlaqi standartların inkar edilməsi, ənənəvi ailə modellərinin əvəzlənməsi və yaxşılıq və pislik anlayışlarının dəyişməsi cəmiyyətin özünü məhv etməsinə gətirib çıxarır.