Ayna saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bondi çimərliyində iki naməlum silahlı şəxs insanlara atəş açıb
Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində iki naməlum silahlı şəxs insanlara atəş açıb. Bir neçə nəfər ölüb və yaralanıb. AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, yerli yəhudi icmasının üzvləri həmin vaxt çimərlikdə yəhudilərin Hanuka bayramını qeyd edirmişlər.
Polis çoxsaylı itkinin olduğunu açıqlayıb. BBC də daxil olmaqla, media orqanları Yeni Cənubi Uels polisinə istinadən hücumçulardan biri də daxil olmaqla 10 nəfərin öldüyünü və ən azı 12 nəfərin yaralandığını bildirir. İkinci silahlı şəxsin saxlanıldığı qeyd olunub. Atıcıların şəxsiyyəti və hadisənin motivi hələ də məlum deyil.
Şahidlərin sözlərinə görə, qara geyimli iki kişi çimərlik dayanacağından bir qədər aralıda dayanıb və insanlara qəsdən atəş açıblar. Atışma təxminən 10 dəqiqə davam edib.
Sakinlərə Bondi çimərliyini və ətraf ərazini tərk etmək tövsiyə olunub.
Qeyd edək ki, 14 dekabr dünya yəhudiləri tərəfindən qeyd olunan Hanuka bayramının ilk günüdür.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.