"Euromericas Sport Marketing" tərəfindən aparılan araşdırmanın nəticələri 2025-ci ilin ilk rübündə ən çox forması satılan futbolçuları müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, "Barselona"nın gənc ulduzu Lamin Yamal bütün dünya futbol nəhənglərini geridə qoyaraq birinci pillədə qərarlaşıb.
Lamin Yamal 1,315,000 ədəd forma satışı ilə siyahının zirvəsindədir. O, ikinci yerdə olan əfsanəvi futbolçu Lionel Messini (1,278,000 ədəd) cəmi 37,000 forma fərqi ilə üstələyib.
Siyahının ilk 10-luğunu təqdim edirik:
| Sıra | Futbolçu | Satış Miqdarı (Ədəd) |
| 1 | L. Yamal | 1,315,000 |
| 2 | L. Messi | 1,278,000 |
| 3 | R. Levandovski | 1,110,000 |
| 4 | K. Mbappe | 1,020,000 |
| 5 | V. Junior | 992,000 |
| 6 | G. de Arraskaete | 975,000 |
| 7 | K. Ronaldu | 925,000 |
| 8 | B. Fernandeş | 878,000 |
| 9 | H. Keyn | 867,000 |
| 10 | Rodriqo | 798,000 |
Kamil Xudiyev