Yaşlanmanın qaçılmaz bir göstəricisi hesab etdiyimiz ağ saçlar elm dünyasında böyük bir müzakirə yaradıb.
“Yeni Sabah” xəbər verir ki, “Nature Cell Biology” jurnalında dərc olunan diqqətçəkici bir tədqiqat bu estetik dəyişimin əslində bədənimizin DNT zədələnməsinə və xərçəngə çevrilməyə qarşı inkişaf etdirdiyi təbii və güclü bir müdafiə mexanizmi ola biləcəyini ortaya qoyub.
Yəni həyatımız boyu estetik problem kimi gördüyümüz ağarma düşündüyümüzdən daha funksional ola bilər.
Tədqiqatçılara görə, ağarmanın arxasındakı sirr saç rəngini verən hüceyrələrdə gizlənir. Saç köklərindəki melanosit kök hüceyrələri melanin piqmenti istehsal edərək saçımıza rəng verir. Lakin yaş artdıqca bu kök hüceyrələr bir növ “yorulur” və piqment istehsalını dayandırır.
Bu hüceyrələr təsadüfi genetik səhvlərlə çoxalaraq xərçəngə çevrilmə riskini önləmək üçün zamanla şüurlu şəkildə tükənir.
Alimlər bu nəzəriyyəni sübut etmək üçün siçanlar üzərində təcrübələr aparıblar. Heyvanlar xərçəng riskini artıran ionlaşdırıcı radiasiya kimi mühit stres faktorlarına məruz qoyulub.
Nəticədə radiasiyanın təsiri ilə kök hüceyrələr sürətlə yetkinləşərək senesens prosesini işə salıb. Başqa sözlə, xərçəng riskinin yüksəldiyi stressli şəraitdə bədən hüceyrə bölünməsini sürətlə və şüurlu şəkildə məhdudlaşdırıb. Bu şüurlu məhdudlaşdırmanın gözlə görünən nəticəsi isə saçın ağarması olub.
Elm ağ saçı yaşlılıq əlaməti olmaqdan çıxarıb, bədənin DNT-ni qorumaq üçün verdiyi qərar kimi xarakterizə edir. Saçlarımızdakı ağarma əslində bədənimizin böyük bir riskdən qaçmaq üçün qəbul etdiyi ən mühüm qərarlardan biri ola bilər.
Aydan Hacı
Telegram kanalımız