AZ

İki ölkənin xarici işlər naziri Rusiya aktivlərinə görə mübahisə edib

İki ölkənin xarici işlər naziri Rusiya aktivlərinə görə mübahisə edib

Macarıstanın xarici işlər naziri Peter Siyarto və Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsi mövzusunda X platformasında kəskin mübahisə ediblər.

AFN.az xəbər verir ki, Sikorski Macarıstanın baş naziri Viktor Orbanın Avropa İttifaqı liderlərinin Budapeştin razılığı olmadan Rusiya aktivlərinin müsadirəsi barədə qərar qəbul etməsinin “qanunları pozduğu və müharibə elanına bərabər ola biləcəyi” fikrinə cavab olaraq yazıb: “Viktor Lenin ordeni alıb”.

Bu paylaşım qarşılıqlı ittihamlarla davam edən polemikaya səbəb olub. Siyarto cavabında bildirib: “Biz anlayırıq ki, siz Rusiya ilə Avropa arasında müharibə istəyirsiniz. Biz sizi bu müharibəyə cəlb etməyə imkan verməyəcəyik!”

Bunun ardınca Polşa XİN rəhbəri yenidən açıqlama verərək qeyd edib ki, “Rusiya addım atmadan heç bir münaqişə baş verməz” və Budapeştin yenə də Moskvanın tərəfində durmağa hazır olduğunu vurğulayıb.

Seçilən
24
afn.az

1Mənbələr