GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
Estoniya Rusiya ilə cənub-şərq sərhədi boyunca təhlükəsizlik tədbirlərini gücləndirməyə başlayıb.
Globalinfo.az xəbər verir ki, Baltik Müdafiə Xəttinin bir hissəsi kimi ölkədə ilk beton bunkerlərin tikintisinə start verilib.
Estoniyanın Müdafiə İnvestisiyaları Mərkəzinin açıqlamasına görə, artıq yeddi bunker hazırdır və ilin sonuna qədər bu rəqəmin 28-ə çatdırılması planlaşdırılır.
Məlumata əsasən, bunkerlər əsasən Estoniyanın cənub-şərqində yerləşən Setomaa bölgəsində, dövlətə məxsus torpaqlarda inşa edilir. Bu mərhələ Avropa İttifaqı və NATO-nun şərq cinahının möhkəmləndirilməsini hədəfləyən, ümumilikdə 600 bunkerdən ibarət genişmiqyaslı müdafiə şəbəkəsinin başlanğıcı kimi qiymətləndirilir.
Layihənin icrası bir müddət gecikib. Buna səbəb xərclərin ilkin mərhələdə dəqiq hesablanmaması və təhlükəsizlik məqsədilə bunkerlərin konkret yerləşmə yerlərinin tender sənədlərində göstərilməməsi olub. Bu isə təklif olunan büdcələrin planlaşdırılan məbləği aşmasına gətirib çıxarıb.
Rəsmi məlumatlara görə, hər biri təxminən 35 kvadratmetr sahəni əhatə edən bu sığınacaqlar ağır artilleriya atəşinə davam gətirəcək şəkildə layihələndirilib.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.