AZ

Yəhudiləri öldürəni müsəlman tərk silah etdi Video

ain.az, Axar.az saytına istinadən bildirir.

Avstraliyanın Bondi çimərliyində Hanukka bayramı zamanı yəhudilərə hücum edən və 12 nəfərin ölümünə səbəb olan atıcılardan birinin silahını Əhməd əl-Əhməd adlı şəxs alıb.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” məlumat yayıb.

Bildirilib ki, meyvə mağazasının sahibi, 43 yaşlı Əhmədin iki silahlıdan biri ilə əlbəyaxa olması anının görüntüləri yayılıb.

Onun əmisi oğlu Mustafa mediaya açıqlamasında deyib ki, iki övladı olan Əhmədə iki güllə dəyib.

“O, xəstəxanadadır, içəridə nə baş verdiyini dəqiq bilmirik. Ümid edirik ki, o, sağalacaq. O, 100 faiz qəhrəmandır”, - Mustafa qeyd edib.

Bundan əvvəl Baş nazir Benyamin Netanyahu bu cəsarətli hərəkəti “Yəhudi qəhrəmanlığının zirvəsi” adlandırmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
axar.az

1Mənbələr