"Ukrayna Prezidenti Volodimir Zelenski Krımı milyon faiz qaytara bilməyəcək".
Oxu.Az aif.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Moskva.Kreml.Putin" verilişinə müsahibəsində deyib.
"Onda bu məsələdə heç nə alınmayacaq. Krımı nəzərdə tuturam - milyon faiz alınmayacaq. Ukraynanın NATO-ya daxil olması məsələsində də eyni cür düşünürəm - milyon faiz heç nə alınmayacaq", - deyə o vurğulayıb.
Daha əvvəl NATO-nun baş katibi Mark Rütte qeyd etmişdi ki, Ukraynanın alyansa qəbul edilməsi üçün bütün üzv ölkələrin razılığı tələb olunur.
Telegram kanalımız