Misli Premyer Liqasında XV turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq
"Qəbələ" səfərdə "Kəpəz"in qonağı olub. "Qırmızı-qaralar"ın futbolçusu İbrahima Sanqare 38-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. Say üstünlüyündən yararlanan gəncəlilər ikinci hissənin əvvəlində Ohorinin vurduğu yeganə qol sayəsində meydandan 3 xalla ayrılıblar.
"Qarabağ" isə doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Misli Premyer Liqası
XV tur
14 dekabr
"Kəpəz" – "Qəbələ" 1:0
Qol: Ryonosuke Ohori, 54.
Qırmızı vərəqə: İbrahima Sanqare, 38 ("Qəbələ)
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov, Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu.
“Kəpəz”: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 29. Dioqo Verdaska (k), 24. Olavale Onanuqa, 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 38. Cefferson Bentu.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 72. Nizami Səmədov, 9. Luis Paçu, 6. Pedro Qomeş.
Baş məşqçi: Azər Bağırov.
“Qəbələ”: 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Loua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 22. Fərid İsgəndərov, 97. Elşad Tağıyev, 27. Eşqin Əhmədov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze.
17:30. "Qarabağ" – "Araz-Naxçıvan" 2:0 (ikinci hissə)
Qol: Toral Bayramov, 30. Nəriman Axundzadə, 41. Joni Montiel-pen, 57.
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Azersun Arena".
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 7. Nəriman Axundzadə, 3. Sami Mmae, 9. Joni Montiel, 18. Dani Bolt, 15. Leandro Andrade, 35. Pedro Bikalyo.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 8. Coşqun Diniyev, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 5. Slavik Alxasov, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.