AZ

Merz antisemitizmə son qoyulmasına çağırış edib

"Sidney çimərliyində yəhudilərin Hanuka bayramı zamanı 12 nəfərin ölümünə səbəb olan hücum bir daha göstərdi ki, antisemitizmə son qoyulması vacibdir".

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merz bildirib.

Merz "X"də yazıb: "Hanukka bayramı zamanı Bondi çimərliyinə edilən antisemit hücum məni şoka saldı. Düşüncələrim qurbanlar və onların ailələri ilədir. Bu, ortaq dəyərlərimizə edilən hücumdur. Biz bu antisemitizmə, Almaniyada və bütün dünyada son qoymalıyıq".

Almaniyanın xarici işlər naziri Yohann Vadeful da həlak olanların ailələrinə və dostlarına başsağlığı verib.

Bazar günü yəhudilik dininə etiqad edənlər səkkiz gün davam edən şam və işıq festivalı olan Hanukkanı qeyd etməyə başlayıblar. Əsas adət axşamlar şam yandırmaqdır. 

Seçilən
41
1
bakivaxti.az

2Mənbələr