AZ

NATO daxilində fikir ayrılığı yaranıb - Viktor Orban

NATO daxilində fikir ayrılığı yaranıb - Viktor Orban

Şimali Atlantika Alyansı daxilində Avropa və ABŞ-ın Rusiya ilə münasibətlərdə fərqli mövqeləri səbəbindən fikir ayrılığı yaranıb. Bu fikri Macarıstanın Baş naziri Viktor Orban bildirib.

NATO-nun baş katibi Mark Ruttenin avropalıların müharibəyə hazırlaşmalı olduqları barədə açıqlamasını şərh edən Orban, ABŞ-ın əks ritorikaya sadiq qaldığını vurğulayıb.

O, NATO-nun əsas üzvlərinin açıqlamalarındakı ziddiyyəti “Amerika sülh, Avropa isə müharibə istəyir” deyə qeyd edib.

Bundan əvvəl “Unherd” nəşri NATO baş katibini Rusiya ilə müharibəyə hazırlaşmaq çağırışına görə lağa qoyub.

Məqalədə Ruttenin Moskva ilə hərbi qarşıdurmanın mümkünlüyünə həqiqətən inanmadığı qeyd olunub.

Seçilən
61
afn.az

1Mənbələr