AZ

İsrail ordusu Livanın cənubuna zərbələr endirib

BAKI, 14 dekabr. TELEQRAF

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Livanın cənubuna pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zərbələr "Hizbullah"ın üç üzvünü hədəf alıb.

Bildirilib ki, vurulan şəxslər "Hizbullah" infrastrukturunun bərpası ilə məşğul olub və onların fəaliyyəti İsrail və Livan arasında mövcud razılaşmaların pozulması kimi qiymətləndirilib.

Livan KİV-lərinin məlumatına görə, zərbələr Yater, Safad əl-Battix və Cüvaiyə yaşayış məntəqələrində avtomobilləri hədəf alıb. Hadisələr nəticəsində azı iki nəfərin öldüyü bildirilir.

Hadisə ilə bağlı rəsmi Beyrutdan hələlik açıqlama verilməyib.

Seçilən
70
teleqraf.com

1Mənbələr