AZ

NATO daxilində fikir ayrılıqları ortaya çıxıb

Şimali Atlantika Alyansı daxilində Avropa və ABŞ-ın Rusiya ilə münasibətlərdə fərqli mövqeləri səbəbindən fikir ayrılıqları yaranıb.

 NOCOMMENT.az bildirir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban danışıb.

NATO-nun baş katibi Mark Ruttenin avropalıların müharibəyə hazırlaşmalı olduqları barədə açıqlamasına münasibət bildirən Orban ABŞ-ın əks ritorika tutduğunu vurğuladı. O, NATO-nun əsas üzvlərinin ziddiyyətli açıqlamalarına diqqət çəkərək dedi: “Amerika sülh, Avropa isə müharibə istəyir”.

Daha əvvəl “Unherd” nəşrinin NATO baş katibini Rusiya ilə müharibəyə hazırlaşmaq çağırışına görə lağa qoyduğu bildirilmişdi . Məqalədə Ruttenin Moskva ilə hərbi qarşıdurma ehtimalına həqiqətən inanmadığına ümid ifadə olunurdu .

Dekabrın 11-də NATO-nun baş katibi avropalıların “babalarının və ulu babalarının” müharibəsinə hazırlaşmalı olduqlarını bildirdi. O, həmçinin Avropanı müdafiə xərclərini artırmağa çağırdı.

Seçilən
112
nocomment.az

1Mənbələr