AZ

Dünya siyasətçiləri Sidneydəki hücumu pisləyirlər

Dünya siyasətçiləri Sidneydəki hücumu pisləyirlər

BMT baş katibi Antonio Quterreş Sidneydə yəhudi bayramı Hanuka mərasimi zamanı baş verən və 12 nəfərin ölümü ilə nəticələnən hücumu kəskin şəkildə pisləyib.

AFN.az xəbər verir ki, bu barədə BMT-nin yaydığı məlumatda bildirilib. Quterreş qeyd edib: “Sidneydə Hanuka bayramını qeyd etmək üçün toplaşmış yəhudi ailələrinə qarşı bu qəddar hücum məni şoka saldı, bu hadisəni pisləyirəm. Bu bayram işığın və sülhün möcüzəsinə həsr olunub, zülmü məğlub edir, bütün dünyadakı yəhudi icması ilə həmrəyəm”.

Böyük Britaniyanın Baş naziri Keir Starmer də Avstraliyadan gələn xəbərləri “son dərəcə təəssüf doğuran” adlandırıb. O, X platformasında yazıb: "Birləşmiş Krallıq Bondi çimərliyindəki dəhşətli hücumdan zərərçəkənlərin hamısına başsağlığı verir və vəziyyəti yaxından izləyir".

Sidneydəki mərasim iştirakçılarına hücumu Çexiya rəsmiləri də pisləyib. ÇTK agentliyinə görə, dekabrın 15-də prezident tərəfindən təsdiqlənəcək hökumətin baş naziri Andrey Babiş hüqumu "dəhşətli terror aktı” adlandırıb. Ölkənin getməkdə olan baş naziri Petr Fiala və digər siyasətçilər isə ölənlərin ailələrinə başsağlığı veriblər.

Seçilən
96
afn.az

1Mənbələr