AZ

40 yaşlı Ronaldu tamamilə fərqli bir sektorda – Görün nə edəcək... VİDEO

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu “Forsaj”da rol alacaq.

Bu barədə məşhur aktyor Vin Dizel bildirib.

O qeyd edib ki, Ronalduya xüsusi rol yazılıb:

“Hamı Kriştianu Ronaldunun “Forsaj”da olub-olmayacağını soruşurdu. Açığını desəm, bu xəbər doğrudur. Biz onun üçün “Los Bandoleros”da bir rol yazmışıq”.

KRİS.jpg (106 KB)

Bu xəbər Ronaldunun pərəstişkarları tərəfindən sevinc və maraqla qarşılanıb.

Qeyd edək ki, seriyanın 11-ci filminin 2026-cı ildə tamaşaçıların ixtiyarına verilməsi gözlənilir.


Seçilən
78
news365.az

1Mənbələr