AZ

İspaniyada “Levante”-“Vilyarreal” oyunu təxirə salınıb

İspaniyada “Levante”-“Vilyarreal” oyunu təxirə salınıb

İspaniya futbol çempionatının 16-cı turu çərçivəsində “Levante” və “Vilyarreal” komandaları arasında keçiriləcək oyun Valensiyada davam edən yağışlı hava şəraiti səbəbindən təxirə salınıb.

AFN.az xəbər verir ki, bu barədə çempionatın mətbuat xidməti məlumat yayıb.

Oyun 14 dekabr tarixində saat 20:30 (MSK)-da başlamalı idi. Yeni tarix və saat daha sonra açıqlanacaq.

Hazırda "Vilyarreal" çempionat cədvəlində 35 xalla üçüncü yerdədir və ikinci pillədəki “Real”dan bir xal geri qalır. "Levante" isə 20 komanda arasında 9 xalla sonuncu yerdə qərarlaşıb.

Seçilən
92
afn.az

1Mənbələr