AZ

İsrail Qəzzadakı sonuncu HƏMAS liderinin məhv edildiyini bəyan edib

Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Saad hələ sağ olan iki HƏMAS hərbi liderindən biri idi

Şənbə günü İsrail Müdafiə Qüvvələri Qəzza şəhərinin qərb ətraflarında "hədəfli sui-qəsd" elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, hərbi kəşfiyyatın məlumatına görə, hava hücumu HƏMAS hərbi veteranı Raad Saad və onun cangüdənlərini daşıyan bir cipə yönəldilib.

Saad hələ sağ olan iki HƏMAS hərbi liderindən biri idi.

Fələstin mənbələri hücumda dörd nəfərin öldüyünü bildirib. Qeyd olunub ki, öldürülən Raad Saad 2021-ci ilə qədər HƏMAS hərbi qanadının əməliyyat şöbəsinə rəhbərlik edib. O yaraqlıların 7 oktyabrda həyata keçirdiyi Qəzza briqadasının qərargahını ələ keçirmək əməliyyatına rəhbərlik edən şəxs olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
119
ayna.az

1Mənbələr