AZ

Lukaşenkodan ABŞ-a XƏBƏRDARLIQ: “Bu ölkə sizin üçün 2-ci Vyetnam olacaq”

Belarus prezidenti Aleksandr Lukaşenko ABŞ nümayəndə heyətini xəbərdar edib ki, Venesuela Birləşmiş Ştatlar üçün yeni Vyetnama çevrilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə Belarusun BMT-dəki daimi nümayəndəsi Valentin Rıbakov “Birinci İnformasiya” telekanalına müsahibəsində danışıb.
 

Onun sözlərinə görə, Belarus lideri ABŞ-ın uzunmüddətli və ağır nəticələrə səbəb ola biləcək hərbi münaqişəyə cəlb olunması təhlükəsinə diqqət çəkib.


“Prezident xəbərdarlıq etdi ki, Amerikanın bu cür müharibəyə cəlb olunması ABŞ üçün Vyetnamın təkrarı demək olacaq”, — deyə Rıbakov əlavə edib.

Bizim.Media

Seçilən
56
bizim.media

1Mənbələr