20 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi başa çatıb.
"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, son gündə komanda yarışları keçirilib.
Abşeron Olimpiya İdman Kompleksində reallaşan turnirdə oğlanlar arasında 7 klub və idman cəmiyyətini təmsil edən 8 kollektiv kubok uğrunda mübarizə aparıb.
Görüşlər 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində baş tutub.
"Neftçi" İK yekunda baş mükafata sahib çıxıb. "Kanokan-TT" İK gümüş medallara yiyələnib. "Sərhədçi" İM və "Judo Club 2012" komandaları isə III yeri tutublar.