AZ

Cüdo üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub - FOTO

Cüdo üzrə 20 yaşadək gənclər arasında Azərbaycan birinciliyinin son günündə komanda yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan turnirdə oğlanlar arasında yeddi klub və idman cəmiyyətini təmsil edən səkkiz omanda kubok uğrunda mübarizə aparıb. Görüşlər -66 kq, -73 kq, -81 kq, -90 kq və +90 kq çəki dərəcələrində baş tutub.

Yarışın yekununda “Neftçi” İdman Klubu bütün rəqiblərini qabaqlayaraq baş mükafata sahib çıxıb. “Kanokan-TT” İdman Klubu ikinci yeri tutaraq gümüş medallara layiq görülüb. Üçüncü yer isə “Sərhədçi” İdman Mərkəzi və “Judo Club 2012” komandaları arasında bölüşdürülüb.

İdman.Biz

Məqalədə:
Seçilən
52
1
idman.biz

2Mənbələr