ain.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Misli Premyer liqasının 15-ci turunun növbəti oyunu hazırda Yevlaxda keçirilir.
Mia.az xəbər verir ki, "Kəpəz" komandası "Qəbələ"ni qəbul edir.
38-ci dəqiqədə isə qonaq komandada Sanqare qrımız kartla meydandan qovulub. Azlıqda qalmalarına baxmayaraq" "Qəbələ" topa daha çox nəzarət edir.
Oyunda hesab açılmayıb.
Xatırladaq ki, Gəncə təmsilçisi olan "Kəpəz" ev oyunlarını müvəqqəti olaraq Yevlax stadionunda keçirir.
Turnir cədvəlində sonuncu yerlərdə qərarlaşan bu iki komanda xal üçün bütün gücünü ortaya qoyacaq. Autsayder "Karvan-Yevlax"la eyni taleyi bölüşməmək üçün hər ikisinin xala ehtiyacı var. "Qəbələ"dən fərqli olaraq "Kəpəz" bu mövsüm daha motivasiyalı olub və ən azından son oyunlarında qol vurmağı bacarıb.
Bununla belə, turnir cədvəlinə görə, "Qəbələ"nin 8, "Kəpəz"in isə 6 xalı var.
Zülfiyyə Mustafayeva
MİA.AZ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.