Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə arxiv görüntülər paylaşıb.
Far.Az xəbər verir ki, sənətçi AzTV-nin lentə aldığı Yeni il şənliyindən videonu instaqram izləyiciləri ilə bölüşüb.
O, paylaşımına "Görūn haralara apardı bu arxiv bayram çəkilişi bizi. Kimlər vardı? Necə gözəlliklər yaşanıb bu mūqəddəs incəsənətimizdə" sözlərini yazıb.
Görüntülərdə Xalq artistləri Yaşar Nuri, Gülşən Qurbanova, Telman Adıgözəlov, Firəngiz Mütəllimova, Brilliant Dadaşova, Əməkdar artist Nüşabə Ələsgərli, şair Nüsrət Kəsəmənli və başqaları yer alıblar.