İtaliyanın “Milan” klubu heyətini “Arsenal”ın hücumçusu Qabriel Jezusla gücləndirməyi planlaşdırır.
İdman.Biz “Corriere dello Sport” nəşrinə istinadla xəbər verir ki, klub rəhbərliyi 28 yaşlı braziliyalı futbolçunu yanvar transfer pəncərəsində icarəyə götürmək variantını dəyərləndirir.
Klub rəhbərliyi Qabriel Jezusun hücum xətti üçün uyğun seçim ola biləcəyini düşünür.
Mənbə bildirir ki, Qabriel Jezus cari mövsümdə “Arsenal”ın heyətində cəmi iki oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb. Futbolçunun London klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına əsasən, braziliyalı hücumçunun bazar dəyəri 20 milyon avro (təxminən 37 milyon AZN) təşkil edir.