AZ

Dünya insanları güllələyən canini zərərsizləşdirən qəhrəmandan danışır

Xəbər verdiyimiz kimi Sidneydəki Bondi çimərliyində dəhşətli silahlı insident baş verib. 10 nəfərin öldüyü, 20-yə yaxın insanın yaralndığı atışma ilə bağlı yeni detallar məlum olub.

Publika.az "ABC News"a istinadla xəbər verir ki, atışmada şübhəli bilinən şəxslərdən birinin qarşısını silahsız şəxs alıb. Bununla bağlı video yayılıb. Faciənin şahidi olan həmin yoldan keçən şəxs canini zərərsizləşdirir.

Yayılan görüntülərdə şahid arxadan silahlı kişiyə tərəf qaçaraq onun silahını ələ keçirməyi bacarır. Silahlı cani isə qaçmağa çalışır. Bundan sonra video bitir.

Polisin məlumatına görə, hər iki cani saxlanılıb. ABC-nin məlumatına görə, hakimiyyət orqanları artıq təhlükənin aradan qaldırıldığını iddia edirlər.

Yeni Cənubi Uels Təcili Yardım Xidməti isə 16 yaralının yerli xəstəxanalara çatdırdıqlarını bildirib.

Seçilən
18
publika.az

1Mənbələr