Avstraliyanın Sidney şəhərindəki Bondi çimərliyində atışma baş verib.
"Far.Az" xəbər verir ki, bu barədə "BNO News" məlumat yayıb.
Yayılan videoda əlində tüfəng olan iki silahlı şəxsin atəş açdığı görünür.
Polis silahlı şəxslərin tutulması üçün çimərlik ərazisində xüsusi əməliyyat keçirib.
"Polis Bondi çimərliyində baş verən insidentə reaksiya verib və ictimaiyyəti bu ərazidən uzaq durmağa çağırıb. Hadisə yerində olan hər kəs təhlükəsiz yerdə sığınmalıdır", – hüquq-mühafizə orqanlarının "X" sosial şəbəkəsindəki yaydığı məlumatda qeyd olunub.
"NewsWire "nın məlumatına görə, atışma nəticəsində 10 nəfər ölüb. Həlak olanlar arasında uşaqlar və polis əməkdaşı da var. Atəş açanlardan biri qətlə yetirilib, digər yaralanan şəxsə isə ilkin tibbi yardım göstərilir. Məlumata görə, cinayəti törədənlər bu hücuma aylar ərzində hazırlaşıb.