AZ

Rusiyadan Zelenskinin rəqibi ilə bağlı xəbərə REAKSİYA

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Rusiya Ukrayna xalqı tərəfindən vicdanla seçilmiş bir namizədi prezident görmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Senator qeyd edib ki, Kiyev meri Vitali Kliçkonun müvafiq peşəkar keyfiyyətlərə malik olması ehtimalı azdır:

“Çünki o, siyasətçi deyil, boksçu olub. Avropanın Ukraynanın lideri kimi görmək istədikləri barədə tövsiyələr verməsinin səbəbini başa düşə bilmirəm. Bu, ölkənin daxili idarəçiliyinə birbaşa müdaxilədir. Biz orada kimi görmək istədiyimizi demirik, Ukrayna seçicilərinin kimə səs verdiyini görmək istəyirik”.

Cabarov əlavə edib ki, hazırkı vəziyyətdə Avropa öz ölkələrindəki seçkilərdən narahat olmalıdır.

Xatırladaq ki, bundan əvvəl Avropanın Kiyev meri Vitali Kliçkonun Ukrayna prezidenti olmasını istədiyi ortaya çıxmışdı.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
globalinfo.az

1Mənbələr