ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ümummilli lider Heydər Əliyevin vaxtilə Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər maraqla qarşılanıb.
Globalinfo.az xəbər verir ki, bununla bağlı iqtisadçı Əkrəm Həsənov sosial şəbəkə hesabında arxiv video paylaşıb.
Yayımlanan kadrda Heydər Əliyevin ərəb mənşəli “kəşfiyyat” sözünün kursant tərəfindən “keşfiyyat” kimi yazılmasına etiraz etdiyi görünüb.
“Ola bilər ki, kiminsə ləhcəsi belədir, amma Azərbaycan dilində kəşfiyyatdır!”, – deyə ümummilli lider vurğulayıb.
Daha sonra o, türkiyəli zabitə bildirib ki, sözün düzgün yazılması üçün lazım olan proqram yükləmək lazımdır.
Həmin görüntüləri təqdim edirik:
Safura Bənnayeva
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.