AZ

Göygöldə piyadanı maşın vurub öldürdü » AzadMedia.az


Göygöldə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Üçtəpə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini İlham Qurbanov “KİA” markalı maşınla Kəlbəcər rayonundan məcburi köçkün olan, hazırda Üçtəpə kəndində yaşayan 1965-ci il təvəllüdlü Mehralı Mamedovu vurub. 60 yaşlı piyada aldığı xəsarətlərdən elə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma başlanılıb.
Seçilən
52
3
azadmedia.az

4Mənbələr