Albaniya Superliqasında 16-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi “Partizani” də növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Flamurtari”ni ilə qarşılaşıb. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. İsgəndərli matça start heyətində başlayıb. Komandasının ilk qoluna 33-cü dəqiqədə məhz həmyerlimiz imza atıb.
Bu, Vüsalın Albaniya çempionatında cari mövsüm vurduğu 3-cü qol olub.
"Partizani" hazırda 23 xalla 6-cı pillədə qərarlaşıb.