AZ

Azərbaycanın ilk beynəlxalq kardiologiya jurnalı Journal of Heart Disease and Therapy 3 cü nömrəsini təqdim edilib

Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycanın ilk beynəlxalq ingilis dilli, beynəlxalq redaksiya və rəyçilərə malik, DOI ilə indekslənmiş kardiologiya jurnalı olan "Journal of Heart Disease and Therapy" artıq 3-cü nömrəsini təqdim edib. Jurnal Ali Attestasiya Komissiyası tərəfindən təsdiqlənmişdir və dövrinəşriyyat siyahısına daxil olunmuşdur.

Təqdimat mərasimi AMEA – Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında keçirilib. Açılış mərasimində çıxış edən Səhiyyə Nazirliyi, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova, həmçinin, AMEA-nın vitse prezidenti, akademik İradə Hüseynova tədbir iştirakçılarını salamlayaraq jurnalın əhəmiyyətindən danışmışlar.

Professor Gülnaz Dadaşova çıxışında jurnalın Azərbaycan kardiologiyasının beynəlxalq elmi arenada tanıdılmasında əhəmiyyətini vurğulayaraq, jurnalın tibb elmi və klinik təcrübənin inkişafına töhfə verəcəyini qeyd edib:

"Bu jurnal yalnız yerli alimlər üçün deyil, eyni zamanda beynəlxalq kardiologiya ictimaiyyəti üçün də qiymətli bir platformadır. Biz burada biliklərimizi paylaşır, yeni araşdırma istiqamətlərini müəyyən edirik, təqdirəlayiq haldır ki jurnalın redaksiya heyətinə Avropa, Asiya və Azərbaycanın aparıcı kardioloqları bir araya gəlib".

Tədbirdə həmçinin professor Alberico Katapone, professor, Dr. Ziviad Kipiani iştirak edərək jurnalın beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd ediblər və gələcək birgə layihələrin perspektivlərindən danışmışlar.

Jurnalın təqdimatını həyata keçirən t.ü.f.d. Vüsal Hacıyev 3-cü nömrənin məzmunu, aktual mövzuları və gələcək planları barədə geniş məlumat verib, beynəlxalq mütəxəssislərlə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində jurnalın mövcud elmi nailiyyətləri, araşdırma sahələri və kardiologiya elminin inkişafına töhfəsi geniş şəkildə təqdim olunub.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
1
baku.ws

2Mənbələr