AZ

Universitetdə silahlı insident: Yaralılar var

ABŞ-ın Rod-Aylend ştatının Providens şəhərində yerləşən Braun Universitetində silahlı insident baş verib.

"Cebheinfo.az" xəbər verir ki, yerli mənbələrin məlumatına görə, kampus ərazisində aktiv atəş açan şəxs qeydə alınıb, nəticədə bir neçə nəfər yaralanıb.

Hadisə ilə bağlı universitet rəhbərliyi dərhal təhlükəsizlik xəbərdarlığı yayıb və tələbə-müəllim heyətinə binaları tərk etməmək, təhlükəsiz yerlərdə gizlənmək tapşırılıb. Polis və təcili tibbi yardım qüvvələri əraziyə cəlb olunub, kampus tam nəzarətə götürülüb.

Hazırda yaralıların sayı və vəziyyəti, eləcə də hücumçunun saxlanılıb-saxlanılmadığı barədə rəsmi təsdiqlənmiş məlumat verilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.

"Cebheinfo.az" 

Seçilən
39
cebheinfo.az

1Mənbələr