AZ

Siqaret istehsalında milyardlıq artım

Azərbaycanda siqaret və siqar istehsalında artım qeydə alınıb.

NOCOMMENT.az xəbər verir ki, cari ilin ilk 11 ayında 15 milyard 700,4 milyon ədəd siqaret və siqarlar istehsal olunub.

Ötən ilin eyni dövründə isə 14 milyard 581,5 milyon ədəd sözügedən məhsulun istehsalı həyata keçirilib.

Nəticədə illik müqayisədə siqaret və siqarların istehsalında 1 milyard 118,9 milyon ədəd və ya 7,67% artım olub.

Qeyd edək ki, statistikaya görə dekabr ayının 1-nə vəziyyətinə görə, hazır məhsul ehtiyatı 1016,5 milyon ədəd olub.

 

Seçilən
41
nocomment.az

1Mənbələr