AZ

Özbəkistan-Azərbaycan birgə Mədəniyyət Komissiyasının ilk iclası keçiriləcək

Bakı. Trend:

Dekabrın 14-dən 20-dək Azərbaycanda Özbəkistan MədəniyyətiGünləri keçiriləcək.

Bu barədə Trend-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirib ki, bu münasibətlə qardaş ölkənin MədəniyyətNazirliyinin rəhbər heyəti, tanınmış incəsənət nümayəndələri vəaparıcı bədii kollektivləri Azərbaycana səfərə gəlib.

Dekabrın 14-də Heydər Əliyev Mərkəzində Özbəkistan MədəniyyətiGünlərinin açılış mərasiminə həsr olunmuş geniş konsert proqramıkeçiriləcək.

Dekabrın 15-də Özbəkistan-Azərbaycan birgə MədəniyyətKomissiyasının ilk iclası gerçəkləşəcək.

Mədəniyyət günləri çərçivəsində "Navruz" rəqs ansamblı,Özbəkistan Dövlət Simfonik Orkestrinin konsert proqramları təşkilediləcək.

Özbəkistan Mədəniyyəti Günlərinin bağlanış mərasimi qardaş ölkətərəfindən 2023-cü ildə Füzuli şəhərində tikilib istifadəyə verilənMirzə Uluqbəy adına tam orta məktəbdə keçiriləcək.

Eyni zamanda, Bakıda Özbəkistan nümayəndə heyətinin üzvləri üçünmədəni proqram da təşkil olunacaq.

Xatırladaq ki, 2023-cü ildə Bakıda Özbəkistan MədəniyyətiGünləri, 2024-cü ildə isə Daşkənddə Azərbaycan Mədəniyyəti Günlərikeçirilib.

Qeyd edək ki, Azərbaycan və özbək xalqlarını ümumtürk kimliyi,ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənətmübadiləsi birləşdirir.

Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlətbaşçılarımızın uzaqgörən siyasəti və şəxsi dostluqları sayəsindəmüttəfiqlik zirvəsinə yüksəlib.

Hazırda qardaş ölkələrimiz arasında mədəni əməkdaşlıq əlaqələridə özünün intibah çağını yaşayır.

Seçilən
55
17
az.trend.az

10Mənbələr