AZ

Ukraynaya sülhməramlılar gələcək:

Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova diqqət çəkən açıqlamalar verib.

Publika.az xəbər verir ki, deputat Lenta.ru-ya bildirib ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həllində üçüncü ölkələrin sülhməramlı qüvvələri iştirak edəcək.

Onun sözlərinə görə, hansısa qüvvələr müşahidə missiyası ilə çox güman ki, qoşunların çıxarılması prosesini izləyəcəklər. Deputat qeyd edib ki, hazırda sual neçə nəfərin və onların hansı ölkədən olmasındadır. Siyasətçi belə hesab edir ki, mümkün sülh müqaviləsində təsbit olunmuş bu məsələ ilə bağlı əlavə razılaşmalar əldə ediləcək.

Seçilən
42
publika.az

1Mənbələr