AZ

Filippin Çin sahil mühafizəsini balıqçılara qarşı hücumla bağlı ittiham edib

Filippinin rəsmi şəxslərinin məlumatına görə, Çin sahil mühafizəsi ilə qarşıdurma zamanı balıqçılar xəsarət alıb, qayıq zədələnib.

APA xəbər verir ki, bu barədə Aljazeera məlumat yayıb.

Məlumata görə, Filippin Çin sahil mühafizəsi gəmilərini mübahisəli Cənubi Çin dənizi ərazisində yerləşən bir məkanda filippinli balıqçılara qarşı su toplarından istifadə etməkdə ittiham edib. Hadisə nəticəsində üç nəfər xəsarət alıb, iki balıqçı gəmisinə isə “əhəmiyyətli ziyan” dəyib.

Qeyd edək ki, Filippin Sahil Mühafizəsi bildirmişdi ki, bir gün əvvəl Sabina Dayazlığı adlanan atol yaxınlığında filippinli balıqçıların qayığı hücuma məruz qalıb. Sözügedən ərazi Filippinin 200 kilometrlik (124 mil) Müstəsna İqtisadi Zonası (MİZ) daxilində yerləşir.

Seçilən
69
2
apa.az

3Mənbələr