AZ

Övlad itkisini ömrünün sonuna qədər hiss edən ata - Valentin Qaft... » AzadMedia.az


Məşhur Sovet aktyoru və şairi Valentin Qaftın qızı Olqa Qaft gənc yaşda faciəli şəkildə vəfat etmişdi. Bu itki aktyor üçün dərin sarsıntı olmuş, illər keçməsinə baxmayaraq onun yaradıcılığında silinməz iz buraxmışdı. Qaftın qızına həsr etdiyi şeir məhz bu şəxsi faciənin poetik etirafıdır. Şeir ata günahkarlığı, gecikmiş peşmanlıq və özünü ittiham hissi üzərində qurulub. Qaft şeirdə özünü təkcə kədərli ata kimi deyil, həm də qızını qoruya bilmədiyini düşünən bir insan kimi təqdim edir. Təəssüf ki, belədir. Valideynlərin işlərinə daha çox köklənməsi, övladlarına zaman ayırmaqda əziyyət çəkməsi, mənəvi boşluğun yaranmasının ilk cücərtiləridir. Bəlkə də Olqa atası ilə nələrisə bölüşməyə zaman tapa bilməmişdi. Onu intihara sürükləyən səbəbləri ürəyindən çölə çıxarmağa çətinlik çəkmişdi...
Qaftın şeirdəki fikri, mətni çox sadədir, lakin emosional dərinliyi güclüdür. Qaftda pafos yoxdur, səmimi etiraflar var. Şeirdə “mən səni xilas edə bilmədim” düşüncəsi əsas xətt kimi hiss olunur. Qaftın bu şeiri valideyn–övlad münasibətlərinin nə qədər kövrək və məsuliyyətli olduğunu oxucuya xatırladır. Ata öz əsas missiyasını – övladını qorumağı yerinə yetirə bilmədiyini sanki qəbul edir və etiraf edir. Burada heç bir bəhanə yoxdur, nə taleni, nə başqasını Qaft günahlandırmır. Qaft açıq şəkildə özünü günahlandırır. Daxili sarsıntısını ortaya qoyur. O, qızının ağrılarını vaxtında görmədiyini, ya da görüb yetərincə ciddiyə almadığını etiraf edir. Qaft uzun illər parkinson xəstəliyindən əziyyət çəkirdi. Mən ona diqqətlə fikir verirdim, sanki o, bu xəstəliyi ilə özünün cəzalandırıldığını hiss etdirirdi. Bəlkə də qızına qarşı olan diqqətsizliyinin bədəlini bu cür ödəyirdi böyük Qaft...

Qaftın atalıq sevgisi hələ də var, amma artıq bu sevginin ünvanı yoxdur. Qaft qızına olan sevgisini indi də daşıyır, lakin onu paylaşa bilmir. Elə ən dəhşətlisi də budur... Qaft şeiri canlı söyləyəndə onun gözünün içində sonsuz bir kədər var. Bu baxışlarda bağışlanma istəyi, sükut içində yaşanan dərin bir peşmanlıq sezilir.

Qaft daha sonralar anlayır ki, məşhurluq onun atalıq hissi ilə toqquşub, onun şəxsi həyatına mane olub, valideyn məsuliyyətinin ağırlığını yetərincə hiss etməyib.

«Слова, слова, слова — мы все их после смерти произносим…» - peşimanlıq və etiraflar ...

Ölüm hər şeyi susdurur,
sözlər isə yalnız peşmanlıq formasında qalır. Belə bir məna ortaya çıxır: “Sağ ikən demədiklərimi indi deyirəm, amma artıq kimə?”

Ах, если бы она была жива,
Я всё бы отдал за неё, всё бросил.
Слова, слова, слова, слова, слова.
Мы все их после смерти произносим.

И пишутся в раскаяние стихи,
Но в глубине души навеки будут с нами
Грехи, грехи, грехи, грехи, грехи,
Которые не искупить словами.

Çalışın sevdiklərinizə daha çox zaman ayırın. Çalışın ...

müəllif: Vasif Ayan
Seçilən
44
1
azadmedia.az

2Mənbələr