AZ

Trampı görün kiminlə müqayisə etdilər

Avropada Milad bayramı münasibətilə tədbirlər keçirən ABŞ səfirliklərində əhval-ruhiyyə tutqundur. Buna səbəb ABŞ Prezidenti Donald Trampın Amerikanın müttəfiqlərinə qarşı nümayiş etdirdiyi etinasızlıq və onun son addımlarıdır.

Publika.az xəbər verir ki, bu barədə "Politico" Trampı Qrinç obrazı ilə müqayisə edərək yazır.

“Mövcud həftə ərzində Avropadakı ABŞ səfirliklərində keçirilən bir neçə Milad tədbirində iştirak etdikdən sonra aydın oldu ki, ümumi əhval-ruhiyyə olduqca tutqundur. Elə bil Avropanın Ktoqraddan olan sakinləri Qrinçin Miladı necə oğurladığını dəhşətlə izləyirdilər”, – məqalədə qeyd olunur.

Müəlliflər ABŞ-ın bu yaxınlarda qəbul etdiyi yeni milli təhlükəsizlik strategiyasına diqqət çəkirlər. Həmin sənəddə Avropa tənqid olunur, həmçinin Trampın son müsahibəsində avropalılara ünvanlanan “istehzalı və hörmətsiz ifadələr” xatırladılır.

“Qərb alyansı dağılıb. Münasibətlər artıq heç vaxt əvvəlki kimi olmayacaq”, – deyə anonim qalmaq şərti ilə bir avropalı diplomat bildirib.

Seçilən
25
publika.az

1Mənbələr