Misli Premyer Liqasında XV tur davam edir.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma baş tutacaq
Günün ilk oyununda "Qəbələ" ilə "Kəpəz" üz-üzə gələcəklər. Gəncəlilər prinsipial rəqiblərindən olan qəbələliləri Yevlaxda qonaq edəcəklər. "Qarabağ" isə doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək. Premyer Liqada qalmaq uğrunda yarışan komandaların dueli saat 14:00-da başlayacaq.
Turun prinsipial görüşlərindən biri "Azersun Arena"da keçiriləcək. "Qarabağ" "Araz-Naxçıvan"ı qonaq edəcək. Oyun saat 17:30-da start götürəcək. Son çempion ötən gün əldən verdiyi liderliyə dönmək üçün meydana çıxacaq. 23 xalla 6-cı sırada olan "Araz-Naxçıvan" isə mövqeyini daha da pisləşdirməmək üçün Qurban Qurbanovun baş məşqçisi olduğu komandadan xal almağa çalışacaq.
Qeyd edək ki, ötən gün baş tutan oyunlarda "Sabah" "Turan Tovuz"u səfərdə 3:1, "Şamaxı" isə "Zirə"ni evdə 2:1 hesabı ilə yenib.
Misli Premyer Liqası
XV tur
14 dekabr
14:00. "Kəpəz" – "Qəbələ"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Cavid Cəlilov, Emin Əliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Yevlax şəhər stadionu.
17:30. "Qarabağ" – "Araz-Naxçıvan"
Hakimlər: Rəşad Əhmədov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Tural Qurbanov, Asiman Əzizli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
"Azersun Arena".