AZ

Nigeriya ABŞ tərəfindən ələ keçirilən supertankerlə bağlı iddiaları təkzib edib

Bakı. Trend:

Nigeriya Dəniz Təhlükəsizliyi Agentliyi (NMSA) oğurlanmış neftdaşıdığı iddiası ilə Venesuela sahillərində ABŞ tərəfindən ələkeçirilən supertankerin Nigeriyaya məxsus olması barədə mediadayayılan məlumatları təkzib edib.

Trend xəbər verirki, bu barədə “Arise” telekanalı agentliyə istinadən məlumatyayıb.

Agentlik bildirib ki, sözügedən SKIPPER adlı supertankerhəqiqətən 2024-cü ildə Nigeriyaya yola düşüb, lakin heç birNigeriya şirkətinə məxsus deyil və Nigeriya bayrağı altındaüzməyib.

NMSA-nn məlumatına görə, Beynəlxalq Dəniz Təşkilatında 9304667nömrəsi ilə qeydiyyatda olan SKIPPER supertankeri sonuncu dəfə 1iyul 2024-cü ildə Nigeriyanın ərazi sularında müşahidə olunub.Gəminin sahibi kimi göstərilən Thomarose Global Ventures Limitedşirkəti Nigeriya Dəniz Reyestrində qeydiyyatda deyil. Bundan əlavə,tanker dəfələrlə adını və sahibini dəyişib.

NMSA-nın baş direktoru Dayo Mobereola agentliyin bu məsələ iləbağlı araşdırma aparmaq üçün ABŞ administrasiyası da daxil olmaqlabeynəlxalq tərəfdaşlarla əməkdaşlığa sadiq olduğunu vurğulayıb.

Seçilən
44
az.trend.az

1Mənbələr