AZ

Almaniyada təyyarə küçəyə məcburi eniş edib

Bakı. Trend:

Almaniyanın Manhaym şəhərində tək mühərrikli təyyarəninhərəkətli küçələrdən birinə məcburi eniş etməsi nəticəsində üçnəfər xəsarət alıb.

Trend xəbər verirki, bu barədə “Tagesschau” qəzeti məlumat yayıb.

Məlumata görə, təyyarədə 23 yaşlı pilot, onun 23 yaşlı köməkçipilotu və 37 yaşlı bir kişi olub.

Qəzet yazır ki, pilot ağır, digər iki sərnişin isə yüngülxəsarətlər alıb. Zərərçəkənlərin hamısı yaxınlıqdakı xəstəxanalarayerləşdirilib.

Hadisə yerinə polis və fövqəladə hallar xidmətinin əməkdaşlarıcəlb olunub. Almaniyanın Federal Təyyarə Qəzasının Təhqiqat İdarəsiinsidentin səbəblərini araşdırır.

Seçilən
47
9
az.trend.az

10Mənbələr